Ronaldu: 1 000-ci qolumu vurmaq istəyirəm
Portuqaliyalı futbolçu Kriştianu Ronaldu karyerası ərzində 1 000-ci qolu vurma ehtimalı haqqında danışıb.
“Report”un məlumatına görə, bu barədə “A Bola” nəşri xəbər yayıb.
"Açıq şəkildə bildirmişəm ki, 1 000-ci qolumu vurmaq istəyirəm. Bunu bacarsam, möhtəşəm olacaq. Amma bacarmasam da, hələ heç kim məndən çox qol vurmayıb", - Ronaldu bildirib.
Qeyd edək ki, hazırda futbolçunun karyerasında 908 qol var.
Ronaldu 2023-cü ilin 2 yanvarında Səudiyyə Ərəbistanının "Al-Nəsr" klubuna keçib, o müqaviləyə əsasən ildə 200 milyon avro maaş alır. Həmçinin, portuqalıyalı futbolçunun və ailəsinin əlavə bonuslar aldığı barədə məlumatlar yayılıb. Ronaldu "Manchester Yunayted" klubu ilə müqaviləsini baş məşqçi Erik ten Haqla gərgin münasibətlər səbəbilə pozmuşdu.
O, Səudiyyə Ərəbistanının cari çempionatında 9 oyun keçirib, 6 qol vurub.
Oxşar xəbərlər
Kriştianu Ronaldu klubu ilə danışıq aparır
Ronaldu və Messinin illik qazancı açıqlanıb
Ronaldu sosial şəbəkədə yeni rekorda imza atıb
Kriştianu Ronaldu Asiya Çempionlar Liqasında vurduğu qolu atasına həsr edib
Ronaldu "Əl-Nəsr"lə yeni müqavilə ilə bağlı danışıqlara başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
-
Azercell və "Samsung"dan yeni kampaniya!
