Azərbaycan millisinin baş məşqçisi: "Bizə qələbə sevinci yaşatdıqları üçün futbolçulara təşəkkür edirəm"
Bizə qələbə sevinci yaşatdıqları üçün futbolçulara təşəkkür edirəm.
"Sizinxeber.az" xəbər verir ki, bunu AFFA-nın mətbuat xidmətinə açıqlamasında Azərbaycanın U-17 millisinin baş məşqçisi İlham Yadullayev deyib.
Mütəxəssis Belarusun paytaxtı Minskdə təşkil edilən İnkişaf Kubokunda Rusiya və İran yığmalarına qarşı keçirdikləri görüşləri şərh edib:
"Dünən keçirdiyimiz ilk oyunda güclü Rusiya (0:3) millisi ilə qarşılaşdıq. Uşaqlar tapşırıqlarımızı yerinə yetirməyə çalışırdılar. Turnirdə birinci görüş olduğundan, futbolçularda start həyəcanı var idi. Yaxşı nəticə üçün hücuma atıldıq, qapımızda qollar gördük. Komandanı qısa müddətdə bugünkü oyuna toparlaya bildik. Hər gün oyun keçirmək çətindir. Tam bərpa olunmaq mümkün olmur. Yeni heyət qururuq, futbolçulara baxırıq. İranla matçda komanda istədiyimizi ortaya qoya bildi. Bu da nəticədə əksini tapdı. Bizə qələbə sevinci yaşatdıqları üçün futbolçulara təşəkkür edirəm”.
Qeyd edək ki, U-17 turnirdə keçirdiyi ilk matçda Rusiyaya 0:3 hesabı ilə uduzub. Bu gün isə İran yığmasına 1:0 hesabı ilə qalib gəlib. Komanda qrupda son oyununu fevralın 19-da, Bakı vaxtı ilə saat 14:20-də Qazaxıstan yığmasına qarşı keçirəcək.
Oxşar xəbərlər
Azərbaycan millisi İnkişaf Kubokunda keçirdiyi ikinci oyunda qələbə qazanıb
Azərbaycan millisinin baş məşqçisi: "Heç-heçəni çox pis nəticə hesab edirəm"
Azərbaycan millisinin baş məşqçisi: "Hər oyuna qələbə üçün çıxırıq"
İlham Yadullayev: "Avropa çempionatındakı oyunlar bizim üçün böyük dərs oldu"
Azərbaycanın futzal millisinin üzvü: "İsveçlə oyunda diqqətsizlikdən qollar buraxdıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Buna görə milyonlarla insan işini itirə bilər - Putin
-
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər – Vacib açıqlama
-
Pensiyaya çıxmaq istəyən qadınlara mühüm XƏBƏR: Nələr dəyişir?
-
ABŞ Ebola şübhəsi olan vətəndaşları üçün Keniyada karantin mərkəzi yaradır
-
Finlandiya Ukrayna üzrə danışıqlar masasında Avropaya yer verməyə çağırıb
-
Amerikalı nazirdən İrana xəbərdarlıq: Vaşinqtonun səbri sonsuz deyil
