Sahibə Qafarova Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunda olub
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunda olub.
Bu barədə "Sizinxeber.az"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan parlament nümayəndə heyəti müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqın Ümummilli Lideri Heydər Əliyevin Baş Konsulluğun inzibati binasında ucaldılmış büstünü ziyarət edib, büstün önünə gül dəstələri düzüblər.
Baş Konsulluğun əməkdaşları ilə söhbət edən spiker Baş Konsulluğa Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitablar hədiyyə edib.
Sonra Baş Konsulluq tərəfindən 28 May – Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.
Tədbirdə Azərbaycan dövlətçilik tarixində Müstəqillik Gününün əhəmiyyəti, ölkəmizin keçdiyi inkişaf yolu, müasir müstəqillik illərində əldə olunmuş uğurlar barədə çıxışlar edilib. Həmçinin müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlərdən bəhs edən videoçarxlar nümayiş olunub.
Bayram tədbiri Azərbaycanın tanınmış incəsənət xadimlərinin ifasında konsert proqramı ilə davam edib.
Oxşar xəbərlər
Milli Məclisin sədri Rusiyaya səfər edib - FOTO
Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfərə gedib
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib
Sahibə Qafarova Türkiyədə işgüzar səfərdədir
Sahibə Qafarova Rusiyaya getdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Fransa Prezidenti Emmanuel Makronun iqamətgahında - Parisdəki Yelisey sarayında axtarış aparılıb.
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
