İlham Yadullayev: "Avropa çempionatındakı oyunlar bizim üçün böyük dərs oldu"
sizinxeber.az xəbər saytı

İlham Yadullayev: "Avropa çempionatındakı oyunlar bizim üçün böyük dərs oldu"


Avropa çempionatındakı oyunlar bizim üçün böyük dərs, təcrübə oldu.

"Report" xəbər verir ki, bunu Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət millisinin baş məşqçisi İlham Yadullayev Avropa çempionatının seçmə mərhələsindəki oyunların nəticələrini dəyərləndirərkən deyib.

Mütəxəssis çətin qrupa düşdüklərini vurğulayıb:

“Çətin qrupda mübarizə aparacağımızı bilirdik. Eyni səviyyədə olan üç komanda ilə qarşılaşdıq. Hər matçdan əvvəl rəqibə individual yanaşırdıq. Təəssüf ki, ilk iki görüşdə məğlub olduq. Ancaq oyun baxımından uşaqlar rəqiblərdən geri qalmırdılar. Yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edirdilər. Macarıstanla ilk matçda bir az problem yaşadıq. Bu da ilk oyun olmasından qaynaqlandı. Erkən qollar buraxdıq. Yunanıstan yığması ilə ikinci görüşün birinci hissəsi qolsuz yekunlaşdı. İkinci hissədə adi səhvlərdən qollar buraxdıq. Rumıniya seçməsi ilə son qarşılaşmaya futbolçularımız daha sərbəst çıxmışdılar. Əzmkar oyun göstərdik, hesabda geri düşsək də, heç-heçə edə bildik. Hətta qələbə qazana da bilərdik. Uşaqların turnirdəki ümumi çıxışından razı qaldıq".

Oxşar xəbərlər

Azərbaycan millisinin baş məşqçisi: “Serbiyaya qarşı oyunda qolları əsasən qapıçı səhvlərindən sonra buraxdıq”
Azərbaycan millisinin baş məşqçisi: İspaniyada oynayan futbolçuları toplanışa dəvət edə bilmədik
"Sabah"ın idman direktoru: "Bazel"ə qarşı oyunlar komandamız üçün böyük təcrübə oldu"
Azərbaycanın basketbol millisinin baş məşqçisi: Yaşımız az olsa da, gördüyümüz iş böyükdür
Azərbaycanın U-17 millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər