Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ikinci oyunları baş tutacaq
sizinxeber.az xəbər saytı

Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ikinci oyunları baş tutacaq


Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ikinci oyunları bu gün keçiriləcək.

"Sizinxeber.az"un məlumatına görə, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov Misrətdin İskəndərovla, Teymur Rəcəbov Rauf Məmmədovla üz-üzə gələcək.

Ş.Məmmədyarov ilk qarşılaşmada qalib gəlib - 1:0. T.Rəcəbov isə heç-heçə edib - 0,5:0,5.

Qadınlarda Günay Məmmədzadə Gülnar Məmmədova ilə, Ülviyyə Fətəliyeva Gövhər Beydullayeva ilə görüşəcək. G.Məmmədova ötən gün qələbə qazanıb - 1:0. Digər dueldə qalib müəyyənləşməyib.

Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.

Oxşar xəbərlər

Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsi bu gün başlayır
Şahmat üzrə Azərbaycan çempionatında yarımfinalın ilk oyunları keçirilib
Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın cavab oyunları bu gün keçiriləcək
Şahmat üzrə Azərbaycan çempionatında ilk 1/4 finalçılar müəyyənləşib
Şəhriyar Məmmədyarov ilin son reytinqində 16-cı, Teymur Rəcəbov 33-cü pillədə qərarlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle