Antuan Qrizmann "Atletiko"dan ayrıla bilər
sizinxeber.az xəbər saytı

Antuan Qrizmann "Atletiko"dan ayrıla bilər


Fransa millisinin futbolçusu Antuan Qrizmann İspaniyanın "Atletiko" klubundan ayrıla bilər.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.

33 yaşlı hücumçu ABŞ-nin MLS çempionatında çıxış edən komandadan cəlbedici təklif alıb. Təcrübəli forvard martda karyerasını ilə bağlı qərar verəcək.

Madrid təmsilçisi oyunçunun fikrinə hörmətlə yanaşacaq.

Qeyd edək ki, Qrizmannın müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir. O, cari mövsümdə 25 matçda 11 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. "Atletiko" 18 turdan sonra 41 xalla La Liqada liderdir.

Oxşar xəbərlər

Antuan Qrizmann kapitanlıq sarğısını ala bilmədiyi üçün Fransa millisindəki karyerasını sonlandırıb
"Atletiko" kapitanı ilə müqavilənin müddətini uzadıb
La Liqada oktyabrın ən yaxşı futbolçusu mükafatına namizədlərin adları açıqlanıb
"Atletiko" dünya çempionu ilə müqavilə bağlayacaq
"Barselona"nın üzvü La Liqada oktyabrın ən yaxşı oyunçusu seçilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər