Qurban Qurbanov: "Heyətdə xeyli yerdəyişmələr etmişik"
Heyətdə xeyli yerdəyişmələr etmişik.
"Sizinxeber.az"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Sumqayıt"a qalib gəldikləri Misli Premyer Liqasının XVII turunun oyunundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis qələbəyə görə futbolçularına təşəkkür edib:
"Rəqib komandanın baş məşqçisi Vaqif Cavadova uğurlar arzulayıram. Onu burada görmək çox xoş oldu. Bizim üçün çox vacib qələbə idi. Zədəlilərimiz çoxdur. Müdafiədə çatışmazlıqlarımız var. Bu gün Bədavi Hüseynov da əzələsində ağrı hiss etdi. Bu hal məni bir az narahat edir. Heyətdə xeyli yerdəyişmələr etdik. Səhvlərimiz nəzərə çarpırdı. Eyni oyunçular eyni mövqe səhvləri edirdi. Bu da yorğunluqla bağlıdır. İlin sonudur, yəqin çoxu istirahət etmək barədə düşünür. Azarkeşlərimizə təşəkkür edirəm. Bu soyuq havada biziə dəstəklərini əsirgəmədilər",
Q.Qurbanov qış "transfer pəncərəsi"ndə heyətə yeni futbolçular cəlb etmək istədiklərini söyləyib:
"Hər mövqe üçün futbolçu axtarışındayıq. Ancaq əsasən müdafiənin mərkəzinə oyunçu transfer etmək istəyirik".
Qeyd edək ki, XVII turun görüşündə "Qarabağ" doğma meydanda "Sumqayıt"a 5:0 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
Qurban Qurbanov: "Neftçi" ilə matçda vacib qələbə əldə etdik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: "Neftçi" ilə oyunda vacib qələbə qazandıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: "Neftçi" ilə oyunda vacib qələbə qazandıq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: "Həm nəticədən, həm də oyundan razı qaldım" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: "Hesab oyuna görə olmadı" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












