Qurban Qurbanov: "Həm nəticədən, həm də oyundan razı qaldım"
sizinxeber.az xəbər saytı

Qurban Qurbanov: "Həm nəticədən, həm də oyundan razı qaldım"


Həm nəticədən, həm də oyundan razı qaldım.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Turan Tovuz"a qarşı Misli Premyer Liqasının XII turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis maraqlı mübarizəyə görə hər iki komandanın futbolçularına təşəkkür edib:

"Həqiqətən çox maraqlı qarşılaşmaya şahidlik etdik. Bu cür oyunların sayı çox olsa, məncə futbolçuların hazırlıq səviyyəsi daha da yüksələr. Bu gün Tovuz şəhər stadionunda möhtəşəm ab-hava var idi. Düşünürəm ki, stadionda olan insanlar hər iki komandaya azarkeşlik edirdilər. Onlar maraqlı görüşə şahid olurdular. Bizim üçün vacib matç idi. Qalib gəlmək istəyirdik. Bununla belə 1 xalı aktivimizə yazdırdıq. Həm nəticədən, həm də oyundan razı qaldım".

Qeyd edək ki, XII turun görüşündə "Qarabağ" səfərdə "Turan Tovuz"la qolsuz heç-heçəyə razılaşıb.

Oxşar xəbərlər

"Turan Tovuz"un baş məşqçisi: "Meydanda ən yaxşı oyunçu "Qarabağ"ın qapıçısı idi" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: "Ayaks"la matç çox vacibdir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şahin Diniyev: "Turan Tovuz" nəticəyə oynamağı bacaran komandadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kurban Berdıyev: "Mövsüm ərzində ən zəif oyunumuzu göstərdik" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Turan Tovuz" - "Qarabağ" görüşündə qalib müəyyənləşməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər