"Ludoqorets"i səfərdə böyük hesabla məğlub edən "Qarabağ" rekorda imza atıb
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə Bolqarıstanın "Ludoqorets" kollektivini 7:2 hesabı ilə məğlub edən "Qarabağ" yeni rekorda imza atıb.
"Sizinxeber.az" xəbər verir ki, Ağdam təmsilçisi bu nəticə ilə avrokuboklardakı ən böyükhesablı qələbəsini rəsmiləşdirib.
Buna qədər "köhlən atlar"ın Avropa turnirlərində qazandığı ən irihesablı qələbələr "Samtredia” (Gürcüstan) və "Linkoln" (Cəbəllütariq) matçlarında qeydə alınmışdı - 5:0, 5:0. Hər iki qarşılaşma Çempionlar Liqasının II təsnifat mərhələsinə təsadüf edib.
"Ludoqorets" üzərində qazanılan qalibiyyət həmçinin "Qarabağ"ın ən böyükhesablı səfər qələbəsi kimi də tarixə düşüb. Belə ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 13 il əvvəl Avropa Liqasının I təsnifat mərhələsində səfərdə Latviyanın "Banqa" klubunu 4:0 hesabı ilə üstələyərək ilki gerçəkləşdirmişdi.
Qeyd edək ki, "Ludoqorets"i mübarizədən kənarlaşdıran "Qarabağ" qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsinə yüksəlib. Ağdam təmsilçisinin bu mərhələdəki rəqibi Xorvatiyanın "Dinamo" (Zaqreb) kollektivi olacaq.
Oxşar xəbərlər
Avropa Liqası: "Qarabağ" - "Linkoln" matçının məğlubunun mümkün rəqibi müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çempionlar Liqası: "Qarabağ" səfərdə Bolqarıstan klubu ilə qarşılaşacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çempionlar Liqası: "Qarabağ"ın "Ludoqorets"lə oyunlarının vaxtı dəqiqləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ"ın baş məşqçisi: "Ludoqorets"in ən üstün cəhəti standart vəziyyətlərdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












