"Omoniya" Azərbaycan klublarına qarşı: Dörd oyun, bir məğlubiyyət
Kiprin "Omoniya" komandası daha əvvəl Azərbaycanın iki klubu ilə avrokuboklarda üz-üzə gəlib.
"Sizinxeber.az"un məlumatına görə, UEFA Konfrans Liqasının pley-off mərhələsində "Zirə"yə rəqib olan larnakalıların yolu üçüncü dəfə təmsilçimizlə kəsişib.
"Qarabağ" 2021/2022 mövsümündə eyni turnirin qrup mərhələsində kiprlilərlə görüşüb. "Köhlən atlar" ilk turun matçında 4:1 hesablı qələbəyə sevinib. Bakıdakı qarşılaşmada isə heç-heçə qeydə alınıb - 2:2.
"Qəbələ" də məhz Konfrans Liqasında "Omoniya" ilə qarşılaşıb. Ağdam klubundan fərqli olaraq "qırmızı-qaralar" hər iki oyunda məğlubiyyətə üzülüb. 2023/2024 mövsümünün II təsnifat mərhələsində 2:3 və 1:4 hesabları qeydə alınıb.
Qeyd edək ki, "Zirə" "Omoniya" ilə ilk matçını bu gün səfərdə keçirəcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Cavab qarşılaşması bir həftə sonra baş tutacaq.
Oxşar xəbərlər
Konfrans Liqası: "Zirə" bu gün pley-off mərhələsində ilk oyununa çıxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" ilə oyun üçün bu gün Kiprə yollanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Konfrans Liqası: "Omoniya" - "Zirə" oyununun hakimləri bəlli olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" ilə ilk matçına çıxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Zirə" Premyer Liqadakı oyunun təxirə salınması üçün PFL-ə müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












