Pep Qvardiola "Mançester Siti"dən başqa klubu çalışdırmaq istəmir
sizinxeber.az xəbər saytı

Pep Qvardiola "Mançester Siti"dən başqa klubu çalışdırmaq istəmir


İngiltərə təmsilçisi "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola başqa klubu çalışdırmaq istəmədiyini söyləyib.

"Report" "City Xtra"ya istinadən xəbər verir ki, mütəxəssis başqa komandada çalışmağa gücünün qalmadığını deyib:

“Gələcəkdə hansı hadisələrin cərəyan edəcəyini bilmirəm. Lakin hazırda başqa klubda işləmək kimi fikrim yoxdur. Yəqin ki, buna gücüm çatmaz. Bəlkə hansısa yığmada çalışa bilərəm. Lakin başqa bir klubun baş məşqçisi olmaq istəmirəm".

Qeyd edək ki, Pep Qvardiola 2016-cı ildə "Mançester Siti"nin baş məşqçi təyin olunub. "Şəhərlilər" onun rəhbərliyi altında son 9 matçda cəmi 1 qələbə qazanıb.

Oxşar xəbərlər

Pep Qvardiola "Mançester Siti"nin işçilərinə pul mükafatı verib
“Mançester Siti” baş məşqçisi Qvardiola ilə yeni müqavilə imzalayıb 
Qvardiola: “Mançester Siti” liqadan kənarlaşdırılsa belə, klubu tərk etməyəcəyəm
"The Athletic": Qvardiola özünə qapanıb, telefon zənglərinə cavab vermir
“Mançester Siti” son 18 ilin antirekordunu qırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər