“Mançester Siti” baş məşqçisi Qvardiola ilə yeni müqavilə imzalayıb 
sizinxeber.az xəbər saytı

“Mançester Siti” baş məşqçisi Qvardiola ilə yeni müqavilə imzalayıb 


İngiltərənin “Mançester Siti” futbol klubu ispaniyalı baş məşqçi Jozep Qvardiola ilə yeni müqavilə imzalayıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Mançester Siti”nin mətbuat xidməti məlumat yayıb.

İspan mütəxəssislə hazırkı müqavilə 2025-ci ilin iyunun sonuna kimi nəzərdə tutulub. Yeni müqavilə daha iki mövsüm üçün bağlanıb.

Qvardiolanın 53 yaşı var və 2016/17 mövsümünün əvvəlindən “Mançester Siti”yə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda altı dəfə İngiltərə çempionu olub, iki dəfə İngiltərə Kubokunu, dörd dəfə Liqa Kubokunu, üç dəfə İngiltərə Superkubokunu qazanıb.

2023-cü ildə “Mançester Siti” Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub.

Oxşar xəbərlər

“Mançester Siti” son 18 ilin antirekordunu qırıb
Pep Qvardiola "Mançester Siti"nin işçilərinə pul mükafatı verib
“Mançester Siti” 2021-ci ilin avqustundan bəri ilk dəfə ardıcıl üç oyunda uduzub
KİV: Qvardiola “Mançester Siti” ilə müqaviləsini 1 il müddətinə uzadıb
"Mançester Siti"nin futbolçusunun yeni klubu müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər