sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Turan Tovuz" və "Kəpəz" cərimələnib
AFFA İntizam Komitəsi "Turan Tovuz" və "Kəpəz" klublarını cərimələyib.
"Sizinxeber.az"un məlumatına görə, bölgə təmsilçiləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunlarında yaşananlara görə ziyana düşüblər.
"Turan Tovuz" evdə "Sabah"a penaltilər seriyasında uduzduqları görüşdə azarkeşlərin hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi (cari mövsümdə ikinci dəfə) ucbatında 500 manat ödəyəcək. Meydan sahibləri tərəfdarlar pirotexniki vasitədən istifadə etdiyi üçün 1500 manat cərimə olunub.
"Kəpəz" isə "İmişli"ni məğlub etdiyi (1:0) qarşılaşmada dörd futbolçusu sarı vərəqə ilə cəzalandırıldığından 700 manat verəcək.
Oxşar xəbərlər
"Şamaxı", "Turan Tovuz" və "Sumqayıt" klubları cərimələnib
"Turan Tovuz" və "Qarabağ" komandaları azarkeşlərinin davranışlarına görə ziyana düşüb
"Neftçi", "Araz-Naxçıvan" və "Kəpəz" cərimələnib
AFFA “Sumqayıt” və “Kəpəz” klublarını cərimələyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
