"Şamaxı", "Turan Tovuz" və "Sumqayıt" klubları cərimələnib
AFFA İntizam Komitəsi "Şamaxı", "Turan Tovuz" və "Sumqayıt" klublarını cərimələyib.
"Report" xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
"Şamaxı" Premyer Liqanın IX turunda "Səbail"ə səfərdə uduzduğu (0:2) görüşdə dörd oyunçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək. Bölgə təmsilçisinin legioneri Brahim Konate ikinci sarı vərəqəni alaraq meydandan qovulduğu üçün bir oyunluq cəza alıb, klubu isə 500 manat ziyana düşüb.
"Turan Tovuz" isə "Zirə"yə qalib gəldiyi (1:0) matçda yaşananlara görə cərimələnib. Meydan sahiblərinin azarkeşləri sözügedən görüşdə meydana kənar aşyalar atıblar. Bu səbəbdən Tovuz klubu 800 manat ödəməli olacaq.
"Sumqayıt"ın evdə "Qarabağ"a uduzduğu (0:1) qarşılaşmada da eyni hal yaşanıb. "Gənclik şəhəri" təmsilçisi azarkeşlərin meydana kənar əşya atması ucbatından 800 manat ödəyəcək.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqasında çıxış edən beş klub cərimələnib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Neftçi"nin futbolçusu azarkeşlərə əşya atdığı üçün cəzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AFFA “Sumqayıt” və “Kəpəz” klublarını cərimələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Neftçi" azarkeşlərə, "Qarabağ" futbolçusuna görə cərimələnib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ", "Kəpəz" və "Araz-Naxçıvan" klubları cərimələnib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












