"Sumqayıt"ın sabiq baş məşqçisi Rusiya klubundan ayrılıb
sizinxeber.az xəbər saytı

"Sumqayıt"ın sabiq baş məşqçisi Rusiya klubundan ayrılıb


"Sumqayıt" klubunun sabiq baş məşqçisi Aleksey Baqa son olaraq çalışdırdığı Rusiya təmsilçisi "Sokol"dan ayrılıb.

"Report" xəbər verir ki, bu barədə Saratov təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, əvvəllər BATE (Belarus), "Jalqiris" (Litva) və "Aktobe" (Qazaxıstan) kimi komandaları çalışdırmış belaruslu mütəxəssis 2021/2022 mövsümündə "Sumqayıt"ın baş məşqçisi olub. "Sokol" hazırda Rusiya I Liqasında 16-cı yerdə qərarlaşıb. Komanda keçirdiyi 19 oyunda 19 xal toplayıb.

Oxşar xəbərlər

Azərbaycan klubunun sabiq baş məşqçisi sentyabrın ən yaxşısı seçilib
Rusiya klubunun yeni baş məşqçisi müəyyənləşib
"Sabah"ın sabiq baş məşqçisi ardıcıl ikinci dəfə ayın ən yaxşısı seçilib
"Sumqayıt" məşqçisi ilə müqavilə müddətini yeniləyib
Karlos Teves baş məşqçisi olduğu klubdan ayrılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər