Ceyhun Bayramov UNCTAD-ın Baş katibi ilə görüşüb
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov UNCTAD-ın Baş katibi ilə görüşüb


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspan arasında görüş keçirilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan ilə UNCTAD arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər dayanıqlı inkişaf, beynəlxalq ticarət, investisiyaların təşviqi, rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat və inkişaf etməkdə olan ölkələrin qlobal iqtisadi proseslərə inteqrasiyası sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Azərbaycanın çoxtərəfli əməkdaşlığa verdiyi önəmi vurğulayaraq, ölkənin regional bağlantılar, nəqliyyat-logistika imkanları, enerji təhlükəsizliyi və iqlim gündəliyi istiqamətində həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib.

Rebeka Qrinspan UNCTAD ilə Azərbaycan arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib, Azərbaycanın regional iqtisadi əməkdaşlıq və bağlantı layihələrində artan rolunu yüksək qiymətləndirib.

O, UNCTAD çərçivəsində ticarət və inkişaf sahələrində birgə layihələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə post-münaqişə dövründə Azərbaycan-Ermənistan normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri, habelə, Yaxın Şərqdə vəziyyət və mövcud gərginliyin qlobal iqtisadiyyata və ticarətə təsirləri müzakirə olunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər də müzakirə edilib.

Oxşar xəbərlər

Ceyhun Bayramov UNCTAD-ın Baş katibi ilə Yaxın Şərqi müzakirə edib
UNCTAD-ın Baş katibi: Bərpa olunan enerji 80 faizə çatdırılmasa, iqlim böhranı qalacaq
Azərbaycan ilə BMT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Ceyhun Bayramov D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb
Ceyhun Bayramov Bavariyanın dövlət naziri ilə regional əməkdaşlığın perspektivlərini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər