Adil Kərimli Beyləqanda vətəndaşları qəbul edib
Mədəniyyət naziri Adil Kərimli Beyləqan şəhərində vətəndaşları qəbul edib.
"Sizinxeber.az" xəbər verir ki, qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Sakinlərin müraciətləri əsasən məşğulluq, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsinə dair layihələr, təşəbbüslər və digər məsələlərlə bağlı olub.
Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq addımlar atılacağını diqqətə çatdırıb.
Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.
Oxşar xəbərlər
Adil Kərimli Lerikdə vətəndaşları qəbul edib
Adil Kərimli Xırdalan şəhərində vətəndaşları qəbul edib
Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edib
Adil Kərimli Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib
Mədəniyyət naziri Göygöl rayonunda vətəndaşları qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
