"Valensiya" İspaniya Kuboku matçının növbəti dəfə təxirə salınmasını xahiş edib
İspaniyanın "Valensiya" klubu ölkə kubokunun birinci mərhələsində "Parla Eskuela" ilə keçirilməli olan matçın növbəti dəfə təxirə salınmasını xahiş edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bəyanat yayıb.
Bəyanatda futbolun ikinci planda olduğu bildirilib, daşqınlarda həlak olanların yaxınlarına başsağlığı verilib. Kubok matçı əvvəlcə oktyabrın 30-na planlaşdırılsa da, regiondakı vəziyyətlə əlaqədar İspaniya Kral Futbol Federasiyası bu oyunu noyabrın 6-na təxirə salmışdı.
Qeyd edək ki, İspaniyanın cənub-şərqində güclü leysan yağışları ölkənin bir sıra bölgələrində güclü daşqınlara yol açıb. Son məlumatlara görə, daşqınlar nəticəsində 200-dən çox insan həlak olub, minlərlə ev su və palçığın təsirindən dağılıb.
Oxşar xəbərlər
"Valensiya" "Kral Kuboku" oyununun təxirə salınmasını istəyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Real"ın La Liqadakı oyunu təxirə salınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İspaniya Kral Futbol Federasiyasının bayrağı altında keçiriləcək oyunlar 1 dəqiqəlik sükutla başlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Valensiyada daşqınlar nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
İspaniya Milli Meteorologiya Xidməti ən yüksək hava xəbərdarlığı elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













