Naxçıvanda arpa və buğda biçini aparılıb
sizinxeber.az xəbər saytı

Naxçıvanda arpa və buğda biçini aparılıb


Ötən ilin payızında və bu ilin yazında Naxçıvan Muxtar Respublikası üzrə ümumilikdə 13 min 844,1 hektar sahədə taxıl əkini aparılıb, əkin sahələrinin 4 174,3 hektarını buğda, 9 669,77 hektarını isə arpa təşkil edib.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "Sizinxeber.az"un yerli bürosuna bildirilib ki, hazırkı mərhələdə biçin əsasən arpa sahələrində intensiv şəkildə aparılır.

İndiyədək 2 533,9 hektar arpa sahəsində biçin başa çatdırılıb və sahələrdən 7 497,9 ton məhsul tədarük olunub. Orta məhsuldarlıq hər hektardan 29,6 sentner təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövründə qeydə alınan 21,1 sentnerlə müqayisədə 40,3 faiz yüksəkdir. Hazırda arpa əkinlərinin 26,2 faizi biçilib.

Buğda sahələrində isə 264,58 hektarda biçin aparılıb, 786,52 ton məhsul əldə edilib. Orta məhsuldarlıq hər hektardan 29,7 sentner olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 47 faiz artım deməkdir. Bu günədək buğda əkinlərinin 6,3 faizi biçilərək məhsul tədarükü həyata keçirilib.

Oxşar xəbərlər

Nazirlik: Arpa sahələrinin 29 %-də biçin yekunlaşıb
Cəlilabadda taxıl biçinində yüksək məhsuldarlıq qeydə alınıb
Biləsuvarda günəbaxan əkini bu il 4 dəfəyə yaxın artırılıb
Azərbaycanda taxıl zəmilərinin 70 %-də biçin başa çatıb
Azərbaycanda payızlıq əkin sahələrinin 36 %-də biçin başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər