Azərbaycanın Mərakeşdəki səfiri Diplomatik Fondun görüşünə qatılıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın Mərakeşdəki səfiri Diplomatik Fondun görüşünə qatılıb


Azərbaycanın Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov bu ölkədə Diplomatik Fondun 155-ci görüşündə iştirak edib.

"Sizinxeber.az" xəbər verir ki, N. Səmədov bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Mərakeşin Ədalət və İnkişaf Partiyasının (PJD) yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilən Diplomatik Fondun 155-ci görüşündə iştirak etdim", - o bildirib və əlavə edib ki, müzakirələr əsasən Mərakeşdə qarşıdan gələn parlament seçkilərinə, eləcə də beynəlxalq əməkdaşlıq və siyasi dialoq məsələlərinə həsr olunub.

N. Səmədovun sözlərinə görə, görüşdə konstruktiv və faydalı fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Azərbaycanın Mərakeşdəki səfiri indoneziyalı həmkarı ilə görüşüb
Azərbaycan səfiri və Mərakeşin təhsil naziri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
Azərbaycanla Mərakeş arasında qarşılıqlı mədəniyyət günləri keçirilə bilər
Azərbaycan və Qambiya arasında diplomatik əlaqələrin qurulmasından 30 il ötür
Mərakeşdə Azərbaycanın maliyyələşdirdiyi proqramın məzunlarına diplomlar təqdim edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər