

Azərbaycan millisinin baş məşqçisi: "Nəticə əldə etmək üçün meydanın hər qarışı uğrunda mübarizə aparmalıyıq"
İstədiyimiz nəticəni əldə etmək üçün meydanın hər qarışı uğrunda sona qədər mübarizə aparmalıyıq.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının pley-off mərhələsində Portuqaliya yığmasına qarşı keçiriləcək oyunla bağlı fikirlərini bildirərkən deyib.
AFFA-nın rəsmi saytına danışan mütəxəssis çətin oyuna çıxacaqlarını söyləyib:
“Sabah Azərbaycan qadın futbolu üçün çox önəmli oyun olacaq. Çünki A millimiz tarixində ilk dəfə Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb. Final mərhələsinə yüksəlmək üçün isə iki rəqibi keçmək lazımdır. Portuqaliya çox güclü futbolçulardan qurulan komandadır. Qrup mərhələsindəki oyunları və nəticələri bunun sübutudur. Bu səbəbdən matçda maksimum gücümüzü ortaya qoymalıyıq. İlk dəqiqədən hakimin son fitinə qədər diqqətli olmaq vacibdir. Çünki Portuqaliya adi səhvdən belə, yararlanmağı bacaran rəqibdir. İstədiyimiz nəticəni əldə etmək üçün meydanın hər qarışı uğrunda sona qədər mübarizə aparmalıyıq. Qızların uğurlu nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərinə inanıram”.
Qeyd edək ki, Azərbaycan – Portuqaliya matçı oktyabrın 25-də, saat 16:00-da başlayacaq. Görüş “Liv Bona Dea Arena”da gerçəkləşəcək.
Oxşar xəbərlər
Azərbaycan millisinin baş məşqçisi: "Nəticə əldə etmək üçün meydançanın hər qarışı uğrunda mübarizə aparmalıyıq"
Azərbaycan millisinin baş məşqçisi: "Niyə də Avropa çempionatının final mərhələsinə yollanmayaq?"
Azərbaycan millisinin kapitanı: Qadın futbolunu yaxşı yerlərə gətirib çıxara bilmişik
Qurban Qurbanov: Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək
Azərbaycanın çimərlik futbolu millisinin baş məşqçisi dünya çempionatının seçmə mərhələsindəki çıxışı dəyərləndirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
