Premyer Liqa: "Neftçi" VIII turda da qələbə qazana bilməyib
sizinxeber.az xəbər saytı

Premyer Liqa: "Neftçi" VIII turda da qələbə qazana bilməyib


"Neftçi" Azərbaycan Premyer Liqasının VIII turunda da qələbə qazana bilməyib.

"Report"un məlumatına görə, "ağ-qaralar" doğma meydanda "Sumqayıt"la üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "Gənclik şəhəri" təmsilçisində 70-ci dəqiqədə Cordan Rezabala hesabı açıb. Meydan sahiblərində Yuri Matias 76-cı dəqiqədə tarazlığı bərpa edib.

Paytaxt klubu bu nəticədən sonra beş xalla 8-ci, qonaqlar yeddi xalla 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ilk matçında "Zirə" "Kəpəz"i üç cavabsız qolla üstələyib. Ötən gün "Araz-Naxçıvan" "Səbail"i məğlub edib - 3:2. Turun digər matçları sentyabrın 29-da baş tutacaq.

Oxşar xəbərlər

Premyer Liqa: "Zirə" "Kəpəz"i məğlub edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Sumqayıt" "Səbail"ə qalib gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Neftçi" bu gün "Sumqayıt"ı qəbul edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Neftçi" "Zirə"ni məğlub edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Sumqayıt" "Araz-Naxçıvan"la heç-heçə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər