Azərbaycan Premyer Liqasında VIII tura start verilib
Azərbaycan Premyer Liqasında VIII tura start verilib.
"Sizinxeber.az"un məlumatına görə, turun açılış matçında "Araz-Naxçıvan" Sumqayıtda "Səbail"i qəbul edib.
"Kapital Bank Arena"da keçirilən görüşdə meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar.
Baxmayaraq ki, görüşdə hesabı qonaqlar açıb. İlk hissənin sonuna əlavə olunan 2-ci dəqiədə Qorka Laruçça fərqlənib. İkinci yarıda geri dönüş edən Elmar Baxşıyevin rəhbərlik etdiyi klub 52-ci dəqiqədə Bəxtiyar Həsənalızadə ilə "status kvo"nu bərpa edib. 5 dəqiqə sonra Felipe Santos əyalət təmsilçisini hesabda önə çıxarıb. 84-cü dəqiqədə Bernardo Diaş "Araz-Naxçıvan"ın üstünlüyünü bir qədər də möhkəmləndirib. Qarşılaşmada yekun hesabı isə "dənizçilər"in heyətində final fitinə 1 dəqiqə qalmış dubl müəllifi olan Qorka Laruçça müəyyənləşdirib.
Bu nəticənin ardından cari mövsüm beşinci qələbəsini qazanan "Araz-Naxçıvan" xallarının sayını 16-ya çatdırıb.
Qeyd edək ki, turun digər matçları sentyabrın 28-29-da keçiriləcək
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqası: VIII tura bir oyunla start veriləcək
Azərbaycan Premyer Liqasında VI tura start verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
