Qurban Qurbanov: “Belə böyük turnirdə bu cür hallar yaşanmamalıdır“
Bu gün Avropa Liqasının Liqa mərhələsinin ilk turu çərçivəsində “Tottenhem” (İngiltərə) – “Qarabağ”la qarşılaşıb.
Sizinxeber.az xəbər verir ki, keçirilən matçdan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.
“Bəlkə də, bu gün 0:3 hesabı ilə məğlub olmağa layiq deyildik. Çünki xeyli sayda qol şanslarımız oldu. Bu gün təcrübə və ustalıq qalib gəldi. Futbolçularıma çox iradım yoxdur. Amma daha yaxşı oynaya bilərdilər. Rəqibin azlıqda qalması bizə bir az rahatlıq verdi. Bilirsiniz ki, dünyanın ən güclü çempionatı İngiltərədə keçirilir və “Tottenhem” də həmişə liderlər sırasında olub. Futbolçularımız bunu dərk edirdilər və istər-istəməz bir az həyəcan var idi. Mənə elə gəlir ki, bu amil mane oldu”, - deyə o bildirib.
Baş məşqçi matçdan əvvəl komandanın tıxacda qalmasının və stadiona gec çatmasının nəticəyə təsir etdiyini söyləyib: “İki saat yarım yol gəlmişik. Bu, istər-istəməz futbolçuların konsentrasiyasını pozdu. Ancaq bunu səbəb kimi göstərmək istəmirəm. Yenə də belə böyük turnirdə bu cür hallar yaşanmamalıdır. Stadiona çatdıqdan sonra deyildi ki, 40 dəqiqə sonra oyun başlamalıdır. Matça normal hazırlaşa bilmədik. Tıxacda qalmağımızın nəticəyə təsiri böyük oldu”.
Oxşar xəbərlər
Qurban Qurbanov: 0:3 hesabı ilə uduzmağa layiq deyildik
Qurban Qurbanov: “Tottenhem” haqda çox danışmağa ehtiyac yoxdur
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında püşkatmanı dəyərləndirib
"Qarabağ"ın UEFA Avropa Liqasında "Tottenhem"lə oyunu tıxaca görə vaxtından gec başlayacaq
Avropa Liqası: “Qarabağ” “Tottenhem”ə məğlub olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
-
Ceyhun Bayramov Ben Bləklə TRIPP layihəsinin icrasını müzakirə edib
-
Ərdoğan futbol üzrə Türkiyə yığmasına uğurlar arzulayıb
-
Azərbaycan ilə ABŞ arasında potensial investisiya layihələri dəyərləndirilib
-
DİN: "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
-
Azərbaycan bankı BOKT-a çevrildi
