Futbolun İnkişaf Fondunun icraçı direktoru Uels Futbol Fondunun rəsmisi ilə görüşüb
Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyev səfərdə olduğu Böyük Britaniyada Uels Futbol Fondunun direktoru Aled Lyuis ilə görüşüb.
FİF-in mətbuat xidmətindən "Sizinxeber.az"a verilən məlumata görə, görüş zamanı fondların fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, Uels fondunun həyata keçirdiyi infrastruktur layihələrinə baxış keçirilib.
Növbəti gün Tural Piriyev Uels Futbol Assosiasiyasının baş direktoru Noel Muni ilə görüşüb. Görüşdə fondların qarşılıqlı əməkdaşlığı müzakirə edilib, assosiasiya tərəfindən yerli klubların dayanıqlı inkişafı və maliyyə imkanlarının artırılması planları barədə məlumat verilib.
Səfər çərçivəsində Tural Piriyevin bir sıra fondlarla və idarəetmə formatları, ictimaiyyətlə əlaqələrin qurulması və kommersiya fəaliyyətlərinin öyrənilməsi, gələcəkdə region klublarında tətbiqi ilə əlaqədar İngiltərə Çempionşipi, Liqa 1 və Liqa 2-də mübarizə aparan klublarla görüşü nəzərdə tutulub.
Oxşar xəbərlər
Nyu-Yorkda KTMT xarici işlər nazirlərinin görüşü keçirilir
Elxan Məmmədov Norveç Futbol Assosiasiyasının prezidenti ilə görüşüb
ARDNF Çində bır sıra görüşlər keçirib
Uels şahzadəsi Keyt Middlton xərçənglə bağlı müalicəsini başa vurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
