İngiltərə Premyer Liqası: “Mançester Siti” “Arsenal”la matçda son dəqiqədə məğlubiyyətdən xilas olub
İngiltərə Premyer Liqasının 5-ci turu çərçivəsində “Mançester Siti” Londonun “Arsenal”ı ilə sülhə razılaşıb.
“Report” xəbər verir ki, “Siti of Mançester” stadionunda baş tutmuş oyunu baş hakim Maykl Oliver idarə edib.
“Mançester Siti”nin qollarını Erlinq Holann (9-cu dəqiqə) və Con Stounz (90+8) vurub. “Arsenal”ın heyətində isə qolları Rikkardo Kalafiori (22) və Qabriel (45+1) vurub. Holann “Mançester Siti”də 100-cü qolunu vurub, norveçli hücumçu klubda 105-ci oyununu keçirib. İlk hissəyə əlavə edilmiş səkkizinci dəqiqədə “Arsenal”ın hücumçusu Leandro Trossard ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, “Arsenal” 2015-ci ilin yanvarından Premyer Liqada “Mançester Siti”yə səfərdə qalib gələ bilmir. Bu müddətdə “topçular” 7 dəfə məğlub olub və 3 dəfə heç-heçə edib.
“Şəhərlilər” 13 xalla turnir cədvəlinə başçılıq edir. Növbəti pillələrdə isə “Liverpul” (12), “Aston Villa” (12) və “Arsenal” (11) qərarlaşıb. Növbəti turda “Arsenal” sentyabrın 28-də “Lester”i qəbul edəcək, “Mançester Siti” isə həmin gün səfərdə “Nyukasl”la qarşılaşacaq.
Oxşar xəbərlər
"Mançester Siti" Premyer Liqanın yeni mövsümünün ilk matçında "Çelsi"yə qalib gəlib
İngiltərə Premyer Liqası tarixinin ən yaxşı müdafiəçisi müəyyənləşib
Kevin De Bruyne İngiltərə Premyer Liqası tarixinin ən yaxşı yarımmüdafiəçisi seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Günəşdə güclü partlayış oldu
