"Göygöl" komandasına texniki məğlubiyyət verilib
AFFA II Liqada çıxış edən “Göygöl” komandasına texniki məğlubiyyət (0:3) verib.
“Report” qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə İntizam Komitəsinin növbəti iclasında qərar qəbul olunub.
Buna III turda “Şəmkir” klubu ilə ev matçının 83-cü dəqiqəsində “Göygöl”ün heyətində adı matçın protokolunda olmayan Araz Quliyevin meydana çıxması səbəb olub. Bununla yanaşı, “Göygöl” klubu 400 manat cərimələnib. Komanda 5 futbolçusu sarı vərəqə aldığına görə 70, oyunöncəsi iclasda polis nümayəndəsi iştirak etmədiyi üçün 80 manat cərimələnib.
AFFA meydan sahiblərini daha bir neçə səbəbdən cərimələyib. Belə ki, iclas otağı hazır olmadığına görə oyunöncəsi toplantı gec başladığı üçün klub 80 manat cərimələnib. "Göygöl" xərəkdaşıyanlar olmadığı üçün 80, komanda üzvlərində “A buraxılışı” vəsiqəsi olmadığına görə isə 50 manat cərimələnib.
Qeyd edək ki, sentyabrın 16-da baş tutan "Göygöl" - "Şəmkir" matçı qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
AFFA “Kəpəz”in futbolçusunu 1 oyunluq cəzalandırıb
Azarkeşlərinə görə “Zirə” klubuna xəbərdarlıq edilib
AFFA “Sumqayıt” və “Kəpəz” klublarını cərimələyib
"Səbail-2" klubu texniki məğlubiyyət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
