Azərbaycan millisinin baş məşqçisi: Gənclər belə yarışlarda çox iştirak etməlidirlər
Gənc oyunçular belə yarışlarda çox iştirak etməli və təcrübə qazanmalıdırlar.
Bunu "Report"a açıqlamasında kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Fərid Cəlalov Avstriyaya səfərdə 0:3 hesabı ilə uduzduqları Avropa çempionatının təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.
Mütəxəssis birinci və üçüncü setləri öz səhvlərinə görə rəqibə verdiklərini bildirib:
"Heyətimizdə gənc oyunçular var. Onlar hələlik bu səviyyədə oynamağa tam hazır deyillər. İlk setdə hesab 5:10 olan zaman dörd səhvə yol vermişdik. Üçüncü setdə isə topun qəbulunda çatışmazlıqlar oldu və komanda "sındı". Dəyişikliklərə əl atsaq da, geridönüş edə bilmədik. İkinci setdə komanda müqavimət göstərə bilirdi. Üstünlük də bizdə idi. Amma təcrübəsizlik nəticəsində sonluğu gətirə bilmədik".
F.Cəlalov kollektivin cəmi iki ay hazırlıq keçdiyini xatırladıb:
"Bu müddətdə çox səhvləri düzəltmişik. Müəyyən texniki və taktiki məsələlər üzərində işləyirik. Blokda gözləniləndən daha yaxşı oynadıq. Servisləri də düzəldirik. Sadəcə, oyunçular belə yarışlarda çox iştirak etməli və təcrübə qazanmalıdırlar. Bu, əsasən gənclərə aiddir. Ümid edirəm ki, bu matçlar yaxın zamanda komandanın dirçəlməsinə, sabit oynamasına gətirib çıxaracaq. Belçika ilə oyuna yönələcəyik, rəqibi təhlil edəcəyik. Yavaş-yavaş səhvlərimizi azaldaraq daha yaxşı nəticə göstərə bilərik".
Qeyd edək ki, Azərbaycan millisi avqustun 24-də Belçikanı qəbul edəcək.
Oxşar xəbərlər
Azərbaycan millisinin baş məşqçisi: İki oyunda əlimizdən gələni edəcəyik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
