"Neftçi"nin baş məşqçisi: Avstriya klubu ilə matç futbolçularımız üçün çox yaxşı təcrübə oldu
sizinxeber.az xəbər saytı

"Neftçi"nin baş məşqçisi: Avstriya klubu ilə matç futbolçularımız üçün çox yaxşı təcrübə oldu


Uduzduq, amma bu matç futbolçularımız üçün çox yaxşı təcrübə oldu.

Bunu "Sizinxeber.az"a açıqlamasında "Neftçi"nin qadınlardan ibarət komandasının baş məşqçisi Siyasət Əsgərov Avstriya təmsilçisi “Sankt-Pölten”ə uduzduqları (0:5) Çempionlar Liqasının I mərhələsinin oyunu ilə bağlı danışarkən deyib.

37 yaşlı mütəxəssis məğlubiyyətin səbəbini səhvlərlə əlaqələndirib:

"Rəqib yüksək keyfiyyətlərə malik futbolçulardan ibarət güclü komandadır. Avstriya klubu ötən mövsüm Çempionlar Liqasında qrup mərhələsinə yüksəlib. Buna görə də bizim üçün çətin olacağını bilirdik. Üstəlik, belə mötəbər tunirdə ilk oyunumuz idi. İlklər həmişə çətin olur. Matça yaxşı başlamışdıq, amma ardıcıl səhvlər səbəbindən buraxdığımız qollar oyunumuza pis təsir etdi".

S.Əsgərov sentyabrın 7-də “Lançxuti”yə (Gürcüstan) qalib gəlib komandaya və ölkəyə reytinq xalları qazandırmaq istədiklərini vurğulayıb:

"Bunun üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, "Lançxuti" - "Neftçi" görüşü sentyabrın 7-də, Bakı vaxtı ilə saat 17:00-da Gürcüstanın Sxaltuba şəhərində keçiriləcək.

Oxşar xəbərlər

"Neftçi"nin qadınlardan ibarət komandası Çempionlar Liqasında mübarizəyə başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisinin üzvü: Səhvlər daha yaxşı nəticə göstərməyimizə mane oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Çempionlar Liqası: "Neftçi" ilk oyununda məğlub olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: Sabah yaxşı nəticə qazanmaq üçün çox güc sərf etməliyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Omoniya"nın baş məşqçisi: Nəticə bizim üçün yaxşı olmadı [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər