"Qarabağ"ın U-16 komandası İtaliyada beynəlxalq turnirdə iştirak edəcək
"Qarabağ"ın 16 yaşadək (U-16) futbolçulardan ibarət komandası İtaliyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.
"Sizinxeber.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Neapol şəhərində təşkil olunacaq “Blue Devils Cup” turnirində 24 komanda mübarizə aparacaq.
İştirakçılar arasında “Yuventus”, “Napoli”, “Roma”, “Fiorentina” və “Dinamo” (Zaqreb) kimi tanınmış klublar da var.
C qrupunda yer alan "Qarabağ" sentyabrın 6-da “Tor Tre Teste”, ardınca “Benevento” ilə görüşəcək. Ertəsi gün rəqib “Sanseverines” olacaq.
Qrup qalibləri və ikinci yerin sahiblərindən ən yaxşı nəticəyə malik iki komanda 1/4 finala yüksələcək. Digər iştirakçılar isə aşağı pillələr uğrunda mübarizəni davam etdirəcəklər.
Qeyd edək ki, “Blue Devils Cup” turnirinə sentyabrın 8-də yekun vurulacaq.
Oxşar xəbərlər
Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə iştirak edəcək komandalar dəqiqləşib
Vəli Qasımov: "Qarabağ" "Ludoqorets"lə matçdakı oyunu təkrarlasa, qrup mərhələsinə yüksələcək
Vəli Qasımov: "Qarabağ" "Ludoqorets"lə matçdakı oyunu təkrarlasa, əsas mərhələyə yüksələcək
Azərbaycan boksçuları Rusiyada beynəlxalq turnirdə iştirak edəcək
"Dinamo" azarkeşləri üçün "Qarabağ"la Bakıdakı oyuna bilet 12 avro olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











