"Mançester Yunayted"in futbolçusu İtaliya klubuna keçəcək
İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Skott Maktominey İtaliya təmsilçisi "Napoli"yə keçəcək.
"Sizinxeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər transfer barədə razılığa gəliblər.
Şotlandiya millisinin futbolçusunun transferi Neapol təmsilçisinə 30 milyon avroya başa gələcək. Bununla yanaşı, İtaliya klubu futbolçunu satacağı təqdirdə əldə ediləcək məbləğin 10 faizini "Mançester Yunayted"in büdcəsinə köçürəcək. Transferin bu gün rəsmiləşəcəyi gözlənilir.
Futbolçu tibbi müayinədən keçdikdən sonra 2028-ci ilə qədər müqavilə imzalayacaq.
Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi "Mançester Yunayted"in yetirməsidir və 2017-ci ildən əsas komandada yer alır. O, meydana çıxdığı 178 matçda 19 qol vurub. S.Maktominey 2018-ci ildən formasını geyindiyi Şotlandiya yığmasında 52 oyunda 9 dəfə fərqlənib.
Oxşar xəbərlər
“Mançester Yunayted”in sabiq qapıçısı İtaliya klubu ilə müqavilə bağlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Mançester Yunayted"in futbolçusu digər Premyer Liqa klubuna transfer olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Mançester Yunayted" Uruqvay millisinin üzvünü transfer etmək istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ueyn Runi yenidən "Mançester Yunayted"in formasını geyinəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Mançester Yunayted" Vinisius Junioru transfer etmək istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












