“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil
sizinxeber.az xəbər saytı

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil


"Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil. İnanıram ki, Bakıda hər şey qaydasında olacaq, şanslar tam itirilməyib.

Bunu “Sizinxeber.az”a açıqlamasında Azərbaycan millisinin və “Qarabağ” klubunun sabiq futbolçusu Vaqif Cavadov Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiya “Dinamo”su ilə səfər oyununu dəyərləndirərkən deyib.

Hazırda "Sumqayıt-2" klubunu çalışdıran mütəxəssis “Qarabağ”ın rəqibindən üstün olduğunu vurğulayıb:

“Qarabağ”, yaxşı oynamasına baxmayaraq, uduzdu. Rəqib 90 dəqiqə ərzində, demək olar ki, qapıya 4 dəfə yaxınlaşdı və bunun 3-də qol vurmağa nail oldu. Oyun və qol epizodları baxımından “Qarabağ” qat-qat üstün idi. Deməzdim təcrübə çatmadı. Avropada ən təcrübəli komandalardan biri “Qarabağ”dır. Sadəcə, şanssızlıq oldu. Bəxt komandanın yanında deyildi. Ona görə də yaratdıqları qol vəziyyətlərindən istifadə edə bilmədilər”.

O, Bakıda Zaqreb klubunun qapısına 3 qol vurmağın mümkün olduğunu söyləyib:

“Bu, həm bizim, həm də “Qarabağ” üçün böyük nailiyyətlərdir. Bəzən komandadan elə şeylər tələb edirik ki… Harada olduğumuzu bilməliyik. Türkiyənin bir çox klubları milyonlar xərcləyir, amma Çempionlar Liqasında çıxış etmirlər. “Qarabağ” isə Azərbaycan Premyer Liqasının səviyyəsinə baxmayaraq, hər il Çempionlar Liqasının qapısını döyür. Səfərdə “Ludoqorets”ə 7 qol vuran komandadır. Bakıda “Dinamo”nun qapısından 3 qol keçirmək mümkündür”.

Qeyd edək ki, dünən Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də Bakıda keçiriləcək.

Oxşar xəbərlər

"Dinamo"nun baş məşqçisi: "Qarabağ" çox mütəşəkkil komandadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vəli Qasımov: "Qarabağ" "Ludoqorets"lə matçdakı oyunu təkrarlasa, əsas mərhələyə yüksələcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mahmud Qurbanov: “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsinə düşmək şansı böyükdür [xfgiven_updateblue][/xfgiven_updateblue]
AFFA-nın texniki direktoru: "Qarabağ"ın "Dinamo" səddini də keçəcəyinə inanıram [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vəli Qasımov: "Qarabağ" "Ludoqorets"lə matçdakı oyunu təkrarlasa, qrup mərhələsinə yüksələcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər