Sizinxeber.az » İdman » Futbol » AFFA-nın texniki direktoru: "Qarabağ"ın "Dinamo" səddini də keçəcəyinə inanıram

AFFA-nın texniki direktoru: "Qarabağ"ın "Dinamo" səddini də keçəcəyinə inanıram

İnanıram ki, "Qarabağ" "Dinamo" səddini də keçəcək və əsas mərhələdə iştirak edəcək.

Bunu "Report"a açıqlamasında AFFA-nın texniki direktoru Cahangir Həsənzadə Azərbaycan çempionu "Qarabağ"ın Xorvatiyada "Dinamo"ya qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl deyib.

Təcrübəli mütəxəssis "köhlən atlar"ın bu raundda iştirak etməsinin qürurverici olduğunu bildirib:

"Komanda indiyədək bütün oyunları yüksək səviyyədə keçirib. Hətta III təsnifat mərhələsində Bakıda Bolqarıstan təmsilçisi "Ludoqorets"ə məğlub olanda (1:2) belə, oyun baxımından kifayət qədər güclü olduğunu gördük. Sadəcə, həmin vaxt təmsilçimiz potensialını tam aça bilməmişdi. Bunun davamını isə səfər matçında göstərdi. Sürətli və məzmunlu görüş izlədik. Nəticə baxımından da bizi qane etdi".

Azərbaycan millisinin və Ağdam klubunun sabiq qapıçısı pley-offdakı rəqibin əvvəlkindən daha güclü və təcrübəli olduğunu vurğulayıb:

"Məncə, Xorvatiya təmsilçisi "Qarabağ"a qarşı tədbir görmək haqqında düşünür. Azərbaycan çempionu bu səddi də keçməyə qadirdir. Sonuncu matçdan sonra itkilər yaşandı. Buna təəssüflənirik. Amma heyət kifayət qədər genişdir. Digər futbolçular da oyuna güc və sürət qata bilərlər. Məncə, Marko Veşoviç və Marko Yankoviçin yeri dolacaq".

Qeyd edək ki, tərəflər arasında bu gün Maksimir stadionunda təşkil olunacaq ilk matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab görüşü avqustun 28-də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !