"Ludoqorets"in baş məşqçisi: "Qarabağ" artıq beynəlxalq yarışlarda öz sözünü deyib
"Qarabağ" artıq beynəlxalq yarışlarda öz sözünü deyib.
"Report" xəbər verir ki, bunu "Ludoqorets"in (Bolqarıstan) baş məşqçisi Qeorqi Dermendjiev UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ"la ilk matçı öncəsi mətbuat konfransında deyib.
69 yaşlı mütəxəssis "Qarabağ"ın səviyyəli komanda olduğunu bildirib:
"Qurban Qurbanov 10 ildən artıqdır ki, bu komandanı çalışdırır və yaxşı kollektiv yaradıb. Ağdam klubu artıq beynəlxalq yarışlarda öz sözünü deyib. Təbii ki, bizim də təcrübəmiz var. Sabah gərgin və maraqlı oyuna şahidlik edəcəyik. "Qarabağ" Azərbaycanda ən güclü klubdursa, "Ludoqorets" də Bolqarıstanda ən yaxşılardandır".
Qeyd edək ki, avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq “Qarabağ” – “Lüdoqorets” görüşü saat 20:00-da başlayacaq.
Oxşar xəbərlər
"Qarabağ" - "Ludoqorets" matçına 20 mindən çox bilet satılıb
Qurban Qurbanov: Çox vacib matça çıxacağıq
"Qarabağ"ın baş məşqçisi: Sabahkı matçda çox diqqətli olmalıyıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
