"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib
sizinxeber.az xəbər saytı

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib


İtaliya A Seriyası təmsilçisi "Napoli" futbolçusu Romelu Lukakunu 150 min avro cərimələyib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Bu, 32 yaşlı hücumçunun maaşının 20 faizidir.

Sanksiyalara səbəb belçikalı forvardın klub rəhbərliyinin razılığı olmadan təxminən iki həftə komandadan uzaq qalmasıdır. O, qayıtdıqdan sonra cərimə qərarı ilə razılaşıb.

Xatırladaq ki, Romelu Lukaku cari mövsümün əvvəlini zədəyə görə buraxıb.

Oxşar xəbərlər

Lukaku peşəkar karyerasında 400-cü qolunu vurub
Lukaku "Napoli"yə transfer olub
"Napoli" Lukakunun transferini rəsmən açıqlayıb
İtaliya A Seriyasının lideri qələbə qazanaraq turnir cədvəlindəki mövqeyini möhkəmləndirib
Kvaratsxeliya "Napoli" ilə vidalaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər