"Qarabağ" yeni mövsüm üçün ikinci transferini reallaşdırıb  » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
in
2025
20:28

"Qarabağ" yeni mövsüm üçün ikinci transferini reallaşdırıb 

20 in, 2025
20:28
660

"Qarabağ" yeni mövsüm üçün ikinci transferini reallaşdırıb 

"Qarabağ" yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.

"Report" xəbər verir ki, Portuqaliyanın “Alverka” klubu ilə aparılan danışıqlar uğurla nəticələnib və yarımmüdafiəçi Pedro Bikalyo heyətə cəlb olunub.

Ağdam təmsilçisi ilə 24 yaşlı braziliyalı futbolçu arasında "3+1" illik müqavilə imzalanıb. Yarımmüdafiəçi “Qarabağ”da 35 nömrəli forma ilə çıxış edəcək.

Peşəkar karyerasına 2020-ci ildə “Kruzeyro”da başlayan Pedro bir il sonra “Palmeyras”a keçib. O, bu klubla 2021-ci ildə Libertadores kubokunun qalibi adını qazanıb.

Yarımmüdafiəçi icarə əsasında Braziliyanın “Vitoriya”, Portuqaliyanın “Santa Klara” və “Alverka” klublarında çıxış edib.

Bizimlə əlaqə saxlayın