Niderland Ukraynaya 500 milyon avroluq yeni hərbi yardım ayıracaq
sizinxeber.az xəbər saytı

Niderland Ukraynaya 500 milyon avroluq yeni hərbi yardım ayıracaq


Niderland Ukraynaya 500 milyon avro dəyərində yeni hərbi yardım paketi təqdim edəcək.

“De Telegraaf” qəzetinin yazdığına görə, bu barədə ölkənin müdafiə naziri Dilan Yeşilgöz-Zegerius məlumat yayıb.

Vəsaitin 250 milyon avrosu Niderland müdafiə sənayesi müəssisələrindən pilotsuz uçuş aparatlarının alınmasına yönəldiləcək.

Qalan 250 milyon avro isə PURL təşəbbüsü çərçivəsində Ukraynaya silah tədarükünün maliyyələşdirilməsi üçün ayrılacaq.

Bu vəsait hesabına hava hücumundan müdafiə sistemləri üçün raketlər, F-16 qırıcıları üçün sursat və pilotsuz sistemlərin alınması planlaşdırılır.

Oxşar xəbərlər

Niderland Ukraynaya dəyəri 400 milyon avro olan yeni yardım paketi ayıracaq
Yeni Zelandiya Ukraynaya 9,5 milyon dollar dəyərində yeni yardım paketi ayıracaq
Hollandiya Ukraynaya 88 milyon avro ayırıb
Niderland Ukraynaya 271 milyon avro ayıracaq
Niderland dron istehsalı üçün Ukraynaya 248 milyon avro ayırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər