Azərbaycanın çimərlik futbolu millisinin baş məşqçisi dünya çempionatında çıxışı dəyərləndirib
Azərbaycanın çimərlik futbolu millisinin baş məşqçisi Sahib Məmmədov komandanın İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatında çıxışını dəyərləndirib.
Mütəxəssis “Sizinxeber.az”a açıqlamasında 1/8 finalda böyük hesabla uduzduqları Portuqaliyanın çox güclü olduğunu deyib.
“Portuqaliya həm dünya, həm də son Avropa çempionudur. Hazırda Avropanın ən güclü komandasıdır. 5:13 hesabı ilə uduzmağımıza baxmayaraq, ən yaxşı oyunlarımızdan birini keçirdik. Son iki matçda güclü rəqiblərlə qarşılaşdıq. Portuqaliya ilə aradakı səviyyə fərqi özünü göstərdi. Baxmayaraq ki, yaxşı başlamışdıq, 2:0 irəlidə idik. Rəqibin oyun praktikasının daha çox olması sözünü dedi. Boşluqlar verdik və məğlub olduq. Lakin keçirdiyimiz 4 qarşılaşmadan ən yaxşısı məhz bu idi. Nəticələri normal dəyərləndirirəm, qrupdan çıxdıq. 1/8 finalda Portuqaliya ilə düşməyimiz yaxşı olmadı”.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatında yer aldığı A qrupunda İngiltərə (4:0) və Gürcüstandan (7:2) üstün olub, İspaniyaya (0:7) uduzub. Komanda 1/8 finalda Portuqaliya yığmasına 5:13 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Oxşar xəbərlər
Azərbaycanın çimərlik futbolu millisi dünya çempionatında mübarizəni dayandırıb
Azərbaycanın çimərlik futbolu millisi bu gün 1/8 final matçına çıxacaq
Azərbaycan yığmasının baş məşqçisi: Dünya çempionatının seçmə mərhələsində qrupdan çıxacağımızı düşünürəm
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində məğlub olub
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
-
Tehran prokuroru İrandakı etirazçıları edam cəzası ilə hədələdi
-
Təhsil sənədlərinin "mygov" üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir
-
Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib












