"Levski"nin baş məşqçisi: "Özümüzü "Sabah"la oyunun favoriti hesab etsək, nəticə bizim üçün yaxşı olmaya bilər"
"Levski" "Sabah"la oyunun favoriti hesab edilmir.
"Sizinxeber.az"un məlumatına görə, bunu Bolqarıstanın "Levski" komandasının baş məşqçisi Xulio Velaskes "Sabah"a qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis qələbəyə görə sevincli olduqlarını bildirib:
"Xoş sözlərə görə təşəkkür edirəm. Bu gün oyunçularımdan çox məmnunam və onlarla fəxr edirəm. Futbolçularımızın əla iş gördüklərini deyə bilərəm. İlk dəqiqədən sona qədər bizi dəstəkləyən azarkeşlərə öz təşəkkürümü çatdırmaq istərdim. "Levski"nin baş məşqçisi olmaqdan qürur duyuram".
O, cütün favoriti sayılmadıqlarını söyləyib:
"Yaxşı nəticə qazanmaq üçün yaxşı formada olmalısan və gözəl oyun nümayiş etdirməlisən. Futbolçularım təvazökar davranmalıdırlar, çünki Azərbaycanda çətin qarşılaşma bizi gözləyir. Əgər özümüzü cütün favoriti hesab etsək, nəticə bizim üçün yaxşı olmaya bilər".
Qeyd edək ki, "Levski" - "Sabah" görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında cavab matçı avqustun 14-də keçiriləcək.
Oxşar xəbərlər
"Sent Patriks Atletik" klubunun baş məşqçisi: Cütün favoriti hesab olunmurduq
"Sabah"ın baş məşqçisi: "Bizi "Levski" ilə qarşılaşmada nəyin gözlədiyini bilirəm"
"Levski"nin baş məşqçisi: "Çempionat matçından sonra "Sabah"la oyunu düşünəcəyik"
"Sabah"ın futbolçusu: "Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik"
"Levski" - "Sabah" oyununun hakimləri açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
