Kriptobirjada son durum - "Bitcoin" ucuzlaşıb
sizinxeber.az xəbər saytı

Kriptobirjada son durum - "Bitcoin" ucuzlaşıb


Son sutkada kriptovalyuta bazarında satış təzyiqi davam edir, qorxu indeksi 15 bəndə enib.

"Sizinxeber.az-Economics" xəbər verir ki, qlobal kriptovalyuta bazarının kapitallaşması son 24 saatda 0,02% artaraq 2,16 trilyon dollara çatıb. Bununla yanaşı, investorların risk iştahı zəif olaraq qalır.

“Bitcoin”in qiyməti son 24 saatda 0,20% azalaraq 62 805 dollara düşüb. Dünyanın ən böyük kriptovalyutası son 7 gündə isə 11,35% dəyər itirib.

“Ethereum”un qiyməti 1 666 dollar səviyyəsində qərarlaşıb və sutkalıq dəyişiklik qeydə alınmayıb. Həftəlik ifadədə isə “Ethereum”un qiyməti 16,67% azalıb.

İlk beşlikdə yer alan BNB-nin qiyməti son 24 saatda 0,10% azalaraq 597 dollara enib. Aktiv son bir həftədə 13,17% dəyər itirib.
Digər iri kriptovalyutalar arasında “Monero”nun qiyməti 4,75% artaraq 321 dollara yüksəlib, “Bitcoin Cash”in qiyməti isə 7,53% azalaraq 205 dollara düşüb.

Analitiklər bazardakı enişin əsas səbəbləri kimi investorların riskli aktivlərdən uzaqlaşmasını, qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyin artmasını və son günlər kriptovalyutalarda müşahidə olunan genişmiqyaslı satışları göstərirlər.

Oxşar xəbərlər

Kriptobirjada son durum - "Bitcoin" bahalaşıb
"Bitcoin"in qiyməti 65 min dollardan aşağı enib
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı enib
“Bitcoin”in qiyməti 63 min dollardan aşağı enib
"Bitcoin" ucuzlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər