Azərbaycan millisinin kapitanı: Dünya çempionatına ən ciddi hazırlaşan bizim komanda idi
Dünya çempionatına bəlkə də ən ciddi hazırlaşan bizim komanda idi. Bu da bəhrəsiz qalmadı.
Bunları "Sizinxeber.az"a açıqlamasında Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında qalib olan Azərbaycan millisinin kapitanı Elvin Əlizadə deyib.
E.Əlizadə vurğulayıb ki, komanda minifutbol üzrə dünya çempionatına xüsusi hazırlaşıb: “Hazırlıqlarımız çox ağır idi. Çox çalışırdıq”.
Onun sözlərinə görə, əldə olunan qələbə çəkilən zəhmətin, əziyyətin məqsədyönlü nəticəsi idi: "İlk oyunlarda meydança amili performansımıza təsir edirdi. Təkcə bizə yox, bütün komandaların oyununda bu məqam rol oynayırdı. Amma sonra adaptasiya olunduq".
Kapitan həmçinin azarkeşlərin sevgisindən də danışıb: “Bu hörməti qazanmaq bizi çox sevindirir”.
Xatırladaq ki, Elşad Quliyevin rəhbərlik etdiyi Azərbaycan millisi minifutbol üzrə dünya çempionatının final matçında Macarıstan yığmasını məğlub edib. İyunun 1-də Milli Gimnastika Arenasında keçirilən qarşılaşma yığmanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
Azərbaycanın minifutbol millisinin dünya çempionu olması münasibətilə Bakıda konsert keçirilir
Azərbaycan minifutbol millisinin kapitanı: “Rumıniya ilə son illərdə keçirdiyimiz oyunların hamısında qələbə qazanmışıq”
Azərbaycan millisinin kapitanı: "Dünya çempionatının qalibi olmağı çox istərdim"
Minifutbol üzrə dünya çempionatı: Azərbaycan yığması növbəti mərhələyə vəsiqə qazanıb
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
"AzerGold" qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb
-
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
