Çin robotu 100 metr məsafədə yeni dünya rekordu qırıb
sizinxeber.az xəbər saytı

Çin robotu 100 metr məsafədə yeni dünya rekordu qırıb


Çinin şərqindəki Çjetzyang Universitetinin mühəndisləri bildiriblər ki, onların “Ağ kərgədan” adlı dördayaqlı robotu 100 metr məsafəyə qaçışda yeni rekord qırıb.

APA xarici mətbuata istinadla xəbər verir ki, robot bu məsafəni 16,33 saniyəyə qət edib. Bundan əvvəl Cənubi Koreya robotu “Hound” 100 metr məsafəni 19,87 saniyəyə qət etmişdi.

İnsanlar arasında 100 metr məsafəyə qaçışda hazırkı dünya rekordu 9,58 saniyədir və o, 2009-cu ildə Berlində Useyn Bolt tərəfindən əldə edilib.

Rekord Çjetzyan əyalətinin paytaxtı Xançjouda sınaq meydançasında qeydə alınıb.

Oxşar xəbərlər

Amerikalı atlet 3000 metr məsafəyə qaçış üzrə dünya rekordu müəyyənləşdirib
Alman üzgüçü 400 metr məsafə üzrə sərbəst üsulda dünya rekordu vurub
Amerikalı atlet bir həftə ərzində iki dünya rekordu müəyyənləşdirib
Kanadalı üzgüçü dünya çempionatında yeni rekord müəyyənləşdirib
Amerikalı üzgüçü yeni dünya rekordu müəyyənləşdirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər