İspaniya La Liqası: “Real” və “Atletiko Madrid” heç-heçə edib
sizinxeber.az xəbər saytı

İspaniya La Liqası: “Real” və “Atletiko Madrid” heç-heçə edib


İspaniya La Liqasının XXIII turunda "Real Madrid" doğma meydanda "Atletiko" ilə 1:1 hesablı heç-heçə edib.

"Report"un məlumatına görə, görüş Madriddə "Santyaqo Bernabeu" stadionunda baş tutub.

"Real"ın heyətində Kilian Mbappe fərqlənib (50-ci dəqiqə). "Atletiko"nun qolunu Xulian Alvares (35-ci dəqiqədə penaltidən-red) vurub.

Komandalar tarixdə 238-ci üz-üzə oyunlarını keçiriblər, 63 görüş heç-heçə başa çatıb. “Real Madrid” 116, “Atletiko” 59 dəfə güclü olub. “Real Madrid” 2016-cı il fevralın 27-də "Atletiko"nun 1:0 hesablı qələbə qazandığı vaxtdan evdə "Atletiko"ya uduzmur.

İspaniya çempionatının turnir cədvəlinə 50 xalla "Real Madrid" başçılıq edir. “Atletiko” 49 xalla ikincidir. Növbəti mərhələdə “Real” fevralın 15-də səfərdə “Osasuna” ilə qarşılaşacaq, “Atletiko” isə həmin gün “Selta”nı qəbul edəcək.

Oxşar xəbərlər

"Barselona" "Real Madrid"lə matçda tarixi rekorda imza atıb
Bu gün Madrid derbisi keçiriləcək
"Barselona" "Real Madrid"lə matçda rekorda imza atıb
“Barselona” öz meydanında “Leqanes”ə uduzub
"Real Madrid" doğma meydanda "Osasuna"nı darmadağın edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər