"Real"ın futbolçusu sol dizindən zədə alıb
sizinxeber.az xəbər saytı

"Real"ın futbolçusu sol dizindən zədə alıb


İspaniyanın "Real" klubunun futbolçusu David Alaba sol dizindən zədə alıb.

"Sizinxeber.az" Madrid təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçiyə menisk yırtığı diaqnozu qoyulub.

32 yaşlı avstriyalı oyunçu sonuncu dəfə La Liqanın XXXIII turunda, "Xetafe" ilə matçda (1:0) meydana çıxıb.

Qeyd edək ki, D.Alaba bu mövsüm "Real"ın heyətində bütün yarışlarda 14 oyun keçirib. Müdafiəçi daha əvvəl də zədə səbəbindən uzun müddətə sıradan çıxmışdı. O, yanvardan etibarən komandaya qoşulmuşdu.

Oxşar xəbərlər

"Real"ın futbolçusu karyerasını başa vura bilər
"Real"ın futbolçusu 2024-cü ildə meydana çıxa bilməyəcək
"Real" zədəli futbolçusunu satmağı düşünmür
"Arsenal"ın futbolçusu zədələnərək bir neçə həftəlik sıradan çıxıb
"Real"ın futbolçusu zədə səbəbindən 1 ay yaşıl meydanlardan kənar qalacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər