Rəşad Sadıqov: Sabahkı matçda oyun planlarımızı həyata keçirməyə çalışacağıq
Sabahkı matçda oyun planlarımızı həyata keçirməyə çalışacağıq.
"Report" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Osiyek"lə (Xorvatiya) ilk oyundan öncə keçirilən mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis sabah vacib görüşə çıxacaqlarını bildirib:
"Sabah bizi vacib oyun gözləyir. Rəqib komanda doğma meydanda sərfəli nəticə qazanmağa çalışacaq. Bizdə əlimizdən gələni edəcəyik ki, Bakıya bizə sərf edən hesabla geri qayıdaq. Yaxşı kollektivə qarşı mübarizə aparacağıq. "Osiyek" maraqlı və baxımlı futbol nümayiş etdirir. Onların böyük azarkeş ordusu var. Sabahkı matçda oyun planlarımızı həyata keçirməyə çalışacağıq".
Qeyd edək ki, avqustun 8-də keçiriləcək "Osiyek" - "Zirə" matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.
Oxşar xəbərlər
Rəşad Sadıqov: İnanıram ki, sabah ən yaxşı görüşlərimizdən birini keçirəcəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəşad Sadıqov: Yaxşı komandaya qarşı mübarizə aparacağıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Osiyek"in baş məşqçisi: "Zirə" təhlükəli rəqibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
"DAK 1904" klubunun baş məşqçisi: "Zirə"nin səviyyəli rəqib olduğunu bilirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəşad Sadıqov: "İnanıram ki, sabah ən yaxşı görüşlərimizdən birini keçirəcəyik" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












