"Osiyek"in baş məşqçisi: "Zirə" təhlükəli rəqibdir
"Zirə" təhlükəli rəqibdir.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Osiyek"in (Xorvatiya) baş məşqçisi Federiko Koppitelli UEFA Konfrans Liqasının III təsnifat mərhələsində qarşılaşacaqları "Zirə"ylə oyundan öncə Xorvatiya mətbuatına açıqlamasında deyib.
39 yaşlı mütəxəssis güclü rəqibə qarşı mübarizə aparacaqlarını bildirib: "Zirə" Avropa Liqasında çıxış edən komandalar səviyyəsindədir. Moldovanın "Şerif" komandasına penaltilər seriyasında məğlub oldular. "Zirə" təhlükəli rəqibdir. Görüşə yüksək səviyyədə hazırlaşmışıq. Pley-offa vəsiqə qazanmaq istəyirik".
Qeyd edək ki, avqustun 8-də keçiriləcək "Osiyek" - "Zirə" matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.
Oxşar xəbərlər
Konfrans Liqası: "Zirə"nin legioneri Xorvatiya klubu ilə ilk oyunu buraxacaq
"Zirə"nin Konfrans Liqasındakı rəqibi futbolçusu ilə yollarını ayırıb
"Zirə"nin Konfrans Liqasının pley-off mərhələsindəki mümkün rəqibi bəlli olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
