Veliçko Kaplanoviç: "Araz-Naxçıvan"la matçda xarakter göstərib qələbə qazandıq
sizinxeber.az xəbər saytı

Veliçko Kaplanoviç: "Araz-Naxçıvan"la matçda xarakter göstərib qələbə qazandıq


"Sumqayıt" Misli Premyer Liqasının XXXI turunda "Araz-Naxçıvan"la matçda (2:1) xarakter göstərərək qələbə qazanıb.

"Sizinxeber.az" xəbər verir ki, bunu oyundan sonra komandanın məşqçisi Veliçko Kaplanoviç deyib.

Mütəxəssis "Araz-Naxçıvan"la matçla bağlı fikirlərini bildirib:

"Oyunçuları təbrik edirəm. Bütün güclərini qoydular. İkinci hissədə "Araz-Naxçıvan" yaxşı oynadı. Səhvdən sonra qol buraxdıq və bir balaca ruhdan düşdük. Ancaq xarakter göstərdik və qələbə qazandıq. Bu gün 3 gənc oyunçunu meydana buraxdıq".

O, rəqibin yüksək səviyyəli komanda olduğunu vurğulayıb: "Araz-Naxçıvan" kifayət qədər yüksək səviyyəli komandadır. Fərdi olaraq güclüdürlər. Ən böyük problem odur ki ardıcıl 2-3 ötürmə edə bilmirdik".

Oxşar xəbərlər

"Araz-Naxçıvan"ın baş məşqçisi: "Bu gün əsl xarakter nümayiş etdirdik və layiqli qələbə qazandıq"
"Araz-Naxçıvan" böyükhesablı qələbə qazanıb
Şahin Diniyev: "Çox bəsit qollar buraxdıq"
“Araz-Naxçıvan” tarixinin rekordunu təkrarlayıb
"Turan Tovuz"un məşqçisi: "Araz-Naxçıvan"la matçda 2 xal itirdik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər