Sahib Məmmədov: "Azərbaycan millisi tarixində heç vaxt uda bilmədiyi Belarus yığmasını üstələdi"
Azərbaycanın çimərlik futbolu millisi tarixində ilk dəfə Belarus yığmasını məğlub edib.
Bunu "Sizinxeber.az"a açıqlamasında Azərbaycan yığmasının baş məşqçisi Sahib Məmmədov deyib.
O, komandanın Belarusa qarşı keçirdiyi iki yoxlama oyununu şərh edib:
"Belarus çimərlik futbolunda çox güclüdür. Onlar son dünya çempionatının finalında Braziliyaya uduzmuşdular. Yəni, qarşımızda səviyyəli komanda var idi. İlk matçda uduzduq, baxmayaraq ki, qalib gəlmək üçün şanslarımız var idi. İkinci görüşü isə qələbə ilə başa vurduq. Azərbaycanda çimərlik futbolu 2008-ci ildə yaradılıb. O vaxtdan bu günə kimi heç vaxt Belarusu uda bilməmişdik".
Mütəxəssis komandada ab-havanın yüksək olduğunu vurğulayıb:
"Yığmada hazırlıq yüksək səviyyədə keçir. Keçirdiyimiz iki yoxlama matçı bizə böyük təcrübə qazandırdı. İyulda keçiriləcək Avropa çempionatının B divizionuna ciddi hazırlaşırıq. İnanırıq ki, qalib gələrək A divizionuna yüksələcəyik".
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının B divizionunda yarışacaq. Gürcüstanda baş tutacaq turnirdə 8 komanda – Gürcüstan, Azərbaycan, Latviya, Qazaxıstan, Belçika, Malta, İngiltərə və Norveç milliləri mübarizə aparacaq.
Oxşar xəbərlər
Azərbaycanın çimərlik futbolu millisi Türkiyədə keçirdiyi oyunların hamısında qələbə qazanıb
Çimərlik futbolu üzrə Azərbaycan millisi ikinci yoldaşlıq oyununda məğlub olub
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb
Azərbaycan çimərlik futbolu millisi ilk yoldaşlıq matçında Belarusa uduzub
Azərbaycan millisi yoxlama oyununda Belarus yığmasını məğlub edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
