Azərbaycanın çimərlik futbolu millisi Türkiyədə keçirdiyi oyunların hamısında qələbə qazanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın çimərlik futbolu millisi Türkiyədə keçirdiyi oyunların hamısında qələbə qazanıb


Azərbaycanın çimərlik futbolu millisi Türkiyədə keçirdiyi 5 yoldaşlıq görüşünün hamısında qələbə qazanıb.

Bunu "Sizinxeber.az"a açıqlamasında millinin baş məşqçisi Sahib Məmmədov deyib.

S.Məmmədov hazırlıq prosesinin səmərəli keçdiyini vurğulayıb:

"Təlim-məşq toplanışının yaxşı keçdiyini düşünürəm. Moldova seçməsinə qarşı üç, "Alanyaspor" klubuna qarşı isə iki oyun keçirdik və hər birində qalib gəldik. Əsas məqsədlərimizdən biri heyətə yeni cəlb etdiyimiz gənc futbolçuları yoxlamaq idi. Bu hazırlıq prosesinin həm fiziki və taktiki, həm də oyun praktikası cəhətdən komandaya çox xeyri oldu".

O, qarşıdakı planlar barədə də danışıb:

"Gürcüstanın Batumi şəhərində keçiriləcək Avropa çempionatının startına hələ iki ay var. Hazırda əsas məqsəd həmin turnirdə çempion olmaq və A divizionuna vəsiqə qazanmaqdır".

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının B divizionunda yarışacaq. Gürcüstanda baş tutacaq turnirdə 8 komanda – Gürcüstan, Azərbaycan, Latviya, Qazaxıstan, Belçika, Malta, İngiltərə və Norveç milliləri mübarizə aparacaq.

Oxşar xəbərlər

Çimərlik futbolu üzrə Azarbaycan millisi Türkiyədə təlim-məşq toplanışında olacaq
Çimərlik futbolu üzrə Azərbaycan millisi Türkiyədə təlim-məşq toplanışında olacaq
Çimərlik futbolu üzrə Azərbaycan millisi ikinci yoldaşlıq oyununda məğlub olub
Azərbaycan millisinin baş məşqçisi: "Avropa Superfinalında əsas məqsəd A divizionuna vəsiqə qazanmaq olacaq"
Azərbaycan millisi Bakıda "Krasnodar" klubu ilə yoldaşlıq matçı keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər