Premyer Liqa: "Neftçi" "Zirə" ilə heç-heçə edib
sizinxeber.az xəbər saytı

Premyer Liqa: "Neftçi" "Zirə" ilə heç-heçə edib


Misli Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ikinci matçında "Neftçi" "Zirə"nin qonağı olub.

Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

63-cü dəqiqədə "ağ-qaralar"ın heyətində İmad Faraj fərqlənib. 90+5-ci dəqiqədə Brahim Konate "qartallar"ın bərabərlik qolunu vurub.

Xallarının sayını 44-ə çatdıran "Neftçi" beşinci pillədə qərarlaşıb. "Zirə" 45 xalla dördüncüdür.

Günün ilk görüşündə "Turan Tovuz" "Araz-Naxçıvan"ı üç cavabsız qolla üstələyib.

Qeyd edək ki, tura aprelin 19-da yekun vurulacaq.

Oxşar xəbərlər

Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"la, "Neftçi" "Zirə" ilə üz-üzə gələcək
Premyer Liqa: Turun son oyununda "Araz-Naxçıvan" "Sumqayıt"ı məğlub edib
"Zirə" Premyer Liqada "Səbail"i məğlub edib
Premyer Liqa: XXXI turun sonuncu oyununda "Zirə" qələbə qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər